...

2006-cı ildə istiqraz bazarında fəallıq artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2005 20:21 (UTC +04:00)

Bank Standard fond bazarınıfn inkişafı üzrə layihəni davam etdirən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və Bakı Fond Birjasının proqramının iştirakçısı olmaq istəyir. Bankın sədrinin birinci müavini Cavid Quliyev dekabrın 6-da bəyan edib. Trend in məlumatına görə, öz növbəsində bu layihə AŞ TACIS tərəfindən maliyyələşdirilir.

Hazırda respublikada artıq Bakı Fond Birjası vasitəsilə istiqrazların milli və xarici valyutalarda yerləşdirilməsi prosesində fəallıq nəzərə çarpır. Bu il sentyabrın sonlarında AB Fin maliyyə-sənaye qrupuna daxil olan Bank Standard da "Siyəzən kərpic" şirkətinin istiqrazlarını hazırlayıb və buraxıb. 2 milyon dollar məbləğində istiqrazlar elə birinci gün yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti