...

Beynəlxalq maliyyə institutları Azərbaycana dollar axınının manatın möhkəmlənməsinə təsirini neytrallaşdırmağı tövsiyyə edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2005 12:35 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycan hökumətinə ölkənin bank sistemində islahatları davam etdirməyi tövsiyə edir, Bu barədə Trend ə ölkənin Milli Bankından məlumat verilib. Bank sektorundakı vəziyyət AMB-nın İdarə Heyətinin sədrinin Vaaşinqtonda olduğu müddətdə Beynəlxalq Vayuta Fondunun (BVF) və Dünya Bankının (DB) mənzil-qərargahlarında keçirilən görüşləri zamanı da müzakirə edilib.

Azərbaycan hökumətinə korporativ idarəetmənin standartlarının tətbiqi, bankların birləşdirilməsi, rəqabət mühitinin inkişafı, maliyyə-bank sisteminin genişləndirilməsi, kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə sxemin hazırlanması və s. ilə bağlı tövsiyələr verilib. BVF və DB onların fikrincə AMB-nın bank kapitalının birləşdirilməsi sürətləndirilməsi prosesinə təkan verən bankların ümumi kapitalının artırılması üzrə yeni tələblərini müsbət qiymətləndirib.

BMİ-nın fikrincə, butun bu islahatlar maliyyə-bank sistemində səmərəliliyi artırır və ölkə iqtisadiyyatının hərtərəfli inkişafına imkan yaradır.

Xəbər lenti

Xəbər lenti