...

Bakıda İNTOSAİ İnkişaf Təşkilatının dövlət borcunun auditi üzrə İDİ fokus qrupunun seminarının keçirilməsi planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2005 14:31 (UTC +04:00)

2006-cı ilin fevralında Bakıda İNTOSAİ İnkişaf Təşkilatının (International Organisation of Supreme Audit Institutions) dövlət borcunun auditi üzrə İDİ fokus qrupunun seminarının keçirilməsi planlaşdırılır. Hesablama Palatasından Trend ə verilən məlumata görə, təlimatçılar üçün dövlət borucunun auditinə dair seminar fevralın 6-24-nə nəzərdə tutulub.

Tədbirin keçirilməsində əsas məqsəd dövlət borcunun auditi sahəsində Ali Maliyyə nəzarət orqanları mütəxəssislərinin ixtisasının artırılmasıdır.

Tədbirdə MDB, Monqolustan, Bolqarıstan kimi 8 ölkənin AMNO nümayəndələrinin iştirakı gözlənilir. Noyabrın 17-də Azərbaycanın HP nümayəndələri Asiya İnkişaf Bankının və Yaponiya hökumətinin dəstəyi ilə İDİ fokus qrupunun seminarında iştirak edib.

Xəbər lenti

Xəbər lenti