...

Yanvar-noyabr aylarında Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi 12 mln tondan artıq neft yükü daşıyıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2005 16:54 (UTC +04:00)

2005-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi (ADDY) 16,9 mln ton müxtəlif yük daşıması həyata keçirib ki, bu da proqnoz göstəricisindən 31,7% çoxdur. ADDY-dən Trend ə verilən məlumata görə, göstərilən dövr ərzinə dəmir yolu ilə 12,4 mln ton neft və neft məhsulu daşınıb.

Ümumiyyətlə, həmin dövr ərzində ADDY tərəfindən 24,5 mln ton yük (tranzit yüklər də daxil olmaqla) daşınıb (plan 131,9% yerinə yetirilib və 2004-cü ilin həmin dövrü ilə müqayisədə 5650,7% çoxdur).

Tarifli yük dövriyyəsi planı 131,7% yerinə yetirilib. Daşımanın maya dəyəri planla müqayisədə 64,4 manat azalıb.

Xəbər lenti

Xəbər lenti