...

AİB direktorlar Şurası tərəfindən dekabrın 8-də yol layihəsi üçün ilk kredit təqdir ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2005 17:45 (UTC +04:00)

Sabah Asiya inkişaf bankının (AİB) direktorlar Şurasında Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının bir hissəsinin inşası üçün $52 mln. həcmində kreditin təqdir ediləcəyi planlaşdırılır. Bu barədə Trend ə AİB-in Bakı nümayəndəliyinin rəhbəri Metyu Vestfol (Matthew Westfall) bildirib.

"Bu, qərb-şərq istiqamətində ən mühüm yol layihələrindən biridir. Bundan başqa, bu, AİB-in Azərbaycanda nəqliyyat sektorunu maliyyələşdirməsinin başlanğıcıdır"-deyə nümayəndəliyin rəhbəri bildirib.

Bank ümumi uzunluğu 77 km olan bu iki yolun inşasını maliyyələşdirmək niyyətindədir. Layihədə AR hökumətinin iştirak payına 15% maliyyələşdirmə düşür. AİB-in vəsaitlərinin əsasən yolun Yevlax-Gəncə və Qazax- Gürcüstan sərhədi sahələrinin yenidən qurulmasına, eləcə də bunların dünya standartlarına müvafiq modernləşdirilməsinə istifadə edilməsi nəzərdə tutulur. Kredit sazişi dövlətdaxili proseduraların yerinə yetirilməsi tələb olunducu üçün gələn ilin əvvəlində ola bilər.

Layişənin gerçəkləşdirilməyə başlanılması 2006-cı ilin II rübündən, başa çatması isə 2009-cu ilin dekabrın 31-dək planlaşdırılıb.

Hökumət artıq bu layihədə maliyyələşdirmənin digər mənbələrini (İs¬lam inkişaf bankı və Səudiyyə inkişaf fondu) müəyyən edib. Bu qurumlarla artıq kredit sazişləri imzalanıb və parlamentdə təsdiq olunub. Bu qurumlar Yevlax-Gəncə yolunun sahələrinin inşasını ödəyir. İİB 7 mln. is¬lam di¬na¬rı ($10'4 mln.)' Səudiyyə inkişaf fondu isə $11 mln. həcmində kredit ayırıb.

Xəbər lenti

Xəbər lenti