...

Beynəlxalq Valyuta Fondu Azərbaycanın neft sektoruna vergiqoyma məsələsini yenidən qaldırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2005 18:04 (UTC +04:00)

Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun (BVF) Mərkəzi Asiya və Yaxın Şərq məsələləri üzrə Departamentinin başçısı Vitali Kramarenko ilə görüş keçirilib. Trend in Vergilər Nazirliyinin press-relizinə istinadən yaydığı məlumata görə, vergilər naziri Fazil Məmmədovla V.Kramarenko arasında keçirilən görüşdə dövlət büdcəsinə vergi daxilolmalarının cari vəziyyəti, 2006-cı il üzrə vergi tutulmalarının proqnozları, eləcə də vergi administrasiyasının və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində BVF ilə əməkdaşlıq və texniki yardım proqramı çərçivəçində fikir mübadiləsi aparılıb.

Nazir BVF ilə əməkdaşlıq çərçivəsində respublikada vergi sistemində keçirilən islahatların səmərəli nəticələrindən bəhs edib.

F.Məmmədov 11 ay ərzində büdcə daxilolmalarının yerinəç yetirilməsinin yeuknları barədə məlumat verib. Bu müddət ərzində vergi orqanları proqnozu yerinə yetirərək dövlət büdcəsinə 6,382 trln manat pul köçürüblər ki, bu da ötən ilin analoji dövrünün göstəricilərini 40% (1,787 trln manat) ötüb keçib.

Görüşdə həmçinin, neft sektoruna vergi ödəmələri məsələsi, eləcə də BVF ilə əməkdaşlıq çərçivəsində aparılan ƏDV-nin ödənməsi mexanizminin təkmilləşdirilməsi barədə fikir mübadilələri də aparılıb.

Xəbər lenti

Xəbər lenti