...

UniBank DEG-in kredit xəttinin mənimsənilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2005 18:42 (UTC +04:00)

İlin sonunadək UniBank Almaniyanın DEG investisiya korporasiyasının banka kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün açdığı kredit xəttinin mənimsənilməsinə başlanılmasını planlaşdırır. Trend bankın yaydığı məlumata istinadən bildirir ki, UniBank ilə DEG arasında həmin kreditin alınmasına dair saziş 2005-ci ilin 31 mayında Berlində Almaniya-Azərbaycan işgüzar konfransı çərçivəsində imzalanıb.

Sazişin şərtlərinə əsasən, kredit xəttinin ödənməsi müddəti 2007-ci ildə başa çatır.Kreditin ümumi məbləği $3 mln.təşkil edir və tranşlarla mənimsəniləcək. Bununla hər bir tranşın həcmi $500 mindən az olmayacaq.

Hazırda UniBank layihələrin seçimini aparır.

UniBank tərəfindən ticarət maliyyələşdirməsi, eləcə də müxtəlif BMİ tərəfindən kredit xətlərinin imzalanması mərhələsində olan cəlb edilmiş vəsaitlərin ümumi həcmi $37 mln. təşkil edir.

Xəbər lenti

Xəbər lenti