...

DGK-nin sədri BVF missiyasını qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2005 19:30 (UTC +04:00)

Dekabrın 7-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri Kəmaləddin Heydərov Beynəlxalq Valyuta Fondunun (BVF) Mərkəzi Asiya və Yaxın Şərq Departamentinin rəhbəri Vitali Kramarenkonun başçılıq etdiyi missiyasını qəbul edib. Trend bildirir ki, bu barədə DGK-nin məlumatında deyilir.

Görüşdə DGK sədri gömrük vergi və rüsumları üzrə statistik məlumatlar göstərərək qeyd edib ki, əgər 1994-cü ildə gömrük orqanları tərəfindən dövlət büdcəsinə 17,4 mlrd. manat köçürülmüşdüsə, 2004-cü ildə bu rəqəm 1 trln. 303, 3 mlrd. manat təşkil edib. Bu tendensiya 2005-ci ildə də müşahidə olunub.Beləliklə, 11 ay ərzində DGK üzrə büdcə proqnozu 300 mlrd. manata yüksəlmiş və 1 trln. 750 mlrd. manat məbləğində müəyyən edilmişdi ki, bu da 2004-cü illə müqayisədə 550 mlrd. manat yaxud 45,8% çoxdur.

Eyni zamanda K.Heydərov qeyd edib ki, ilin əvvəlindən DGK-nin dövlət büdcəsinə köçürmələrinin həcmi 1 trln. 757 mlrd. 680 mln. manat təşkil edib və proqnoz 100,4% yerinə yetirilib.

Görüşdə DGK sədri həm də 2004-2005-ci illərdə göstərilən texniki yardımın əhəmiyyətini qeyd edib.

Öz növbəsində, missiyanın rəhbəri V.Kramarenko DGK-nin keçirdiyi tədbirləri yüksək qiymətləndirib və gələcəkdə də əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.

BVF missiyasının Bakıya noyabrın 30-da başlamış səfəri dekabrın 15-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti