...

Asiya İnkişaf bankı uşağın erkən inkişafı layihəsinə $20 mln məbləğində kredit ayıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2005 16:06 (UTC +04:00)

Asiya İnkişaf Bankı (AİB) uşağın erkən inkişafı layihəsi üzrə $18 mln məbləğində nəzərdə tutulmuş kreditin həcmini $20 mln-na qədər artırmağı planlaşdırır. Bu barədə Trend ə bankın Bakı nümayəndəliyinin rəhbəri Metyu Vestfol məlumat verib. Kredit sazişinin layihəsinə artıq Azərbaycan hökuməti tərəfindən baxılır.

Sənədə uyğun olaraq AİB güzəştli şərtlərlə - ödəniş vaxtı 8 il müddətinə uzadılmaqla 32 il müddətinə kredit ayıracaq. Belə kreditlər üzrə faiz dərəcələri güzəştli dövr ərzində illik 1%-dir. 8 illik müddət bitdikdən sonra isə hökumət tərəfindən hər il 1,5% ödəniləcək.

Layihədə uşaq bağçaları sisteminin və bu sahədə fəaliyyət göstərən pedaqoji heyətin inkişafı nəzərdə tutulub. Ötən il bank layihənin hazırlanması üçün ölkənin Təhsil nazirliyinə $600 min vəsait ayırmışdı.

Layihə çərçivəsində 12 pilot rayonunda 240 uşaq bağçasının təmiri və inşası nəzərdə tutulur. Bu rayonlardan biri (Xətai) Bakıda, digərlər isə ölkənin müxtəlif regionlarında yerləşir. 2006-2010-cu illər ərzində həyata keçirilməsi nəzərdə tutulan layihə 5 komponentdən ibarətdir. 1-ci komponentə erkən yaşlı uşaqların təhsil sisteminin artırılması və təkmilləşdirilməsi, 2-ci komponetə isə uşaq bağçalarında düzgün və sağlam qidalanmanın təmin olunması daxildir. Həmçinin, istilik sisteminin bərpası, sanitar işlərin həyata keçirilməsi də nəzərdə tutulur.

Respublikada əlavə 5 məktəbəqədər müəssisənin yaradılması planlaşdırılır. İdarəetmə sisteminin yaxşılaşdırılması məqsədilə isə uşaq bağçalarının tərbiyəçiləri və onların rəhbərləri üçün treninqlər və seminarlar keçiriləcək.

Xəbər lenti

Xəbər lenti