...

AZAL Dövlət Konserni yeni Bakı-Nijni Novqorod-Bakı aviareysini açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2005 16:44 (UTC +04:00)

Dekabrın 21-də AZAL Dövlət Konserni Azərbaycanla Rusiya arasında yeni Bakı-Nijni Novqorod-Bakı aviareysini açır. Bu barədə Trend ə DK-in idarə rəisi Ramin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Bakıdan uçuş yerli vaxtla saat 12:00-a planlaşdırılıb. "Bakıdan-Nijni Novqroda qədər uçuş vaxtı 2 saat 40 dəqiqədir. Təyyarə Nijni Novqoroddan saat 15:30-da çıxır, Bakıya isə saat 19:20-də çatır", - deyə o bildirib. Marşrut üzrə aviareys Airbus Industries beynəlxaq aviakonsernin (EADC Avropa aerokosmik konserni onun baş səhmdarıdır) istehsalı olan Airbus-319 aerobusundan istifadə etməklə həyata keçiriləcək. DK artıq beynəlxalq marşrutlar üzrə hərəkət edən 3 belə təyyarə alıb.

AZAL dövlət konserni və AİRBUS şirkətinin rəhbərləri arasında 4 təyyarənin alınması haqqında müqavilə 2004-cü ilin avqustunda Berlində imzalanıb. Müqavilənin dəyəri $170 milyondur.

Xəbər lenti

Xəbər lenti