...

Azəbaycan və ABŞ "Gömrük sahəsində əməkdaşlıq haqqında" razılaşmanın layihəsini müzakirə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2005 17:06 (UTC +04:00)

Azərbaycan və Birləşmiş Ştatların gömrük xidmətləri "Gömrük sahəsində əməkdaşlıq haqqında" razılaşmanın layihəsini müzakirə edirlər. Bu,Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Aydın Əliyevin başçılıq etdiyi DGK-nin nümayəndə heyətinin Amerika hökumətinin Azərbaycanda həyata keçirdiyi "Sərhədlərin təhlükəsizliyi və ixraca nəzarət üzrə proqram" çərçivəsində ABŞ-a səfəri zamanı mümkün olub. Trend in məlumatına görə, bu barədə DGK-nin dekabrın 8-də yayılan press-relizində bildirilir.

Əvvəlcə ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin Gömrük və Sərhəd Xidməti vəzifəli şəxsləri ilə görüşlər keçirilib.

Səfər çərçivəsində nümayəndə heyəti yüklərin nəzarəti üzrə avtomatlaşdırılmış sistemlə, risqlərin qiymətləndirilməsi və müəyyən edilməsi, eləcə də auditor tədbirlərinin təşkili və həyata keçirilməsi və s. ilə tanış olublar. Eyni zamanda adıçəkilən razılaşmanın ABŞ-la imzalanması da razılaşdırılıb.

1993-cü ildə yaradılan və qısa müddət ərzində 3 dəfə genişlənən və 110 mindən artıq Sərhəd və Gömrük Xidməti əməkdaşları üçün treninqlərin planlaşdırılması ilə məşğul olan tədris mərkəzindjə də görüş keçirilib.

Xəbər lenti

Xəbər lenti