...

AZAL Dövlət Konserni pis hava şəraiti üzündən Naxçıvana aviasiya reyslərini bərpa edə bilmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2005 17:52 (UTC +04:00)

Dekabrın 8-də AZAL Dövlət Konserni (DK) Naxçıvan Muxztar Respublikasına hava reyslərinin bərpa etməyə cəhd göstərsə də, Bakıdan uçan təyyarə Naxçıvanın hava limanında yerə enə bilməyib. Bu barədə Trend ə DK-dən məlumat verilib.

Hazırda təyyarə Heydər Əliyev adına Bakı beynəlxalq hava limanına qayıdır.

Güclü duman üzündən artıq bir neçə sutkadır ki, Naxçıvandan Bakıya və Gəncəyə uçuşlar dayandırılıb. "Qeyri-səmərəli hava şəraiti təkcə NMR-da deyil, bütün Kiçik Qafqaz ərazisində müşahidə olunur. Bizdə olan məlumata görə, Gürcüstanda da belə problemlər var" - deyə DK-dən bildirilib.

Naxçıvan aeropotunda və H.Əliyev adına Bakı beynəlxalq hava limanında təyyarələrin uçuşunu gözləyənyüzlərlə sərnişin var.

Xəbər lenti

Xəbər lenti