...

2006-cı ildə "AtaHoldinq"in strukturunda dəyişikliklərin ediləcəyi gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2005 15:07 (UTC +04:00)

2006-cı ildə "AtaHoldinq"səhmdar cəmiyyətinin strukturunda dəyişikliklərin ediləcəyi planlaşdırılır. Trend in xəbər verdiyi kimi, dekabrın 9-da mətbuat konfransında "AtaTexnologiya"nın sədri Əli Ehsan Danışman bildirib ki, dəyişikliklər həm holdinqin strukturunda, həm də yeni xidmət sahələrində şirkətlərin yaradılması istiqamətində gözlənilir.

Hazırda "AtaHoldinq"də 10 struktur fəaliyyət göstərir. Holdinq maliyyə sektorunda "Atafaktorinq", xidmətlər sektorunda "Ataloqistika", kənd təsərrüfatı və qida sənayesi sahsində isə "Ataqida" şirkətlərini yaratmağı planlaşdırır. Bundan başqa, "AtaHoldinq" "Atamarketinq" və "Atatreydinq"in yaradılmasının nəzərdə tutulduğu beynəlxalq ticarət sektorunu mənimsəməyə başlayır.

Xəbər lenti

Xəbər lenti