...

Asiya İnkişaf Bankının Azərbaycan üzrə 3 illik strategiyası 2006-cı ilin oktyabrında təsdiq olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2005 15:54 (UTC +04:00)

2006-cı ilin yanvarında Asiya İnkişaf Bankı (AİB) Azərbaycana yardım üzrə yeni 3 illik strategiyasının hazırlığına başlayacaq. Bu barədə Trend ə Bankın Bakıdakı nümayəndəliyinin rəhbəri Metyu Vestfol məlumat verib. Strateqiya 2007-09-cu illər üçün nəzərdə tutulub və hazırda əməkdaşlıq iki illik (2005-06-cü illər) strategiya çərçivəsində həyata keçirilir.

Nəqliyyat, sosial, enerji sektorunda prioritetlərin müəyyən edilməsi üçün bankın müxtəlif missiyaları respublikaya gəlir və hökumətlə danışıqlar aparır. AİB-in Direktorlar Şurası strategiyanı 2006-cı ilin oktyabrında təqdim etməyi planlaşdırır, artıq noyabrda isə o, dərc olunacaq. M. Vestfolun sözlərinə görə, tütün maraqlı tərəfləri cəlb etmək məqsədilə seminarların keçirilməsi də nəzərdə tutulub.

Yeni strategiyanın hazırlanması ilə AİB-nın ölkə üzrə iqtisadçısı, bu ilin yanvarından ölkədə fəaliyyətə başlayacaq Filipp Çanq. O, Cənubi Asiya üzrə regional strategiyaların işlənməsi üzrə iş təcrübəsinə malikdir.

"Biz strategiyada, hökumət tərəfindən müəyyən edilən prioritet sahələri dəstəkləməyə çalışırıq, lakin onlar bankın direktorlarının tələblərinə də cavab verməlidir", - deyə nümayəndəliyin rəhbəri bildirib.

Onun sözlərinə görə, bu gün AİB-in Azərbaycanda fəaliyyəti qeyri-neft sektorunun, regionların, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, infrastrukturların inkişafına yönəldilib. O, bu istiqamətlərin yaxın illərdə daha çox prioritet olacağını istisna etməyib.Gələcəkdə isə digər istiqamət- ekologiya, çirklənmiş suların təmizlənməsi və .kimi sahələr də seçilə bilər.

Xəbər lenti

Xəbər lenti