...

Azərbaycanda ticarət şəbəkələri vasitəsilə əhaliyə 20,7 trln. Manat həcmində məhsul satılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2005 18:07 (UTC +04:00)

Cari ilin yanvar-noyabrında Azərbaycanda ticarət şəbəkələri vasitəsilə əhaliyə 20,7 trln. Manat həcmində məhsul satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% çoxdur. Bu barədə Trend ə Azərbaycan Dövlət statistika komitəsində bildirilib.

Məhsulların 19,3%-i hüquqi şəxslər, 35%-i yarmarkalarda,11,5%-i kənd təsərrüfatı bazarlarında, 34,2% özəl digər yerlərdə sahibkarlar tərəfindən həyata keçirilib. Mal dövriyyəsinin 13,7 trln. manatı ərzaq məhsullarının, 7 trln. manatı qeyri-ərzaq mallarının payına düşür ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən müvafiq olaraq 9,9% və 19,2% çoxdur.

İlin əvvəlindən əhaliyə 4,3 trln. manat həcmində pul xidmətləri göstərilib ki, bu da 2004-cü ilin yanvar-noyabrı ilə müqayisədə 24,4% çoxdur. Xidmətlərin 72,4%-i hüquqi şəxslərin payına düşür, onlar əhaliyə 27,5%-dən çox həcmdə xidmət göstərib.

Xəbər lenti

Xəbər lenti