...

Məcburi köçkünlərlə bağlı layihə üzrə İslam İnkişaf Bankı ilə kredit birtərəfli qaydada imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2005 19:07 (UTC +04:00)

Azərbaycan hökuməti İslam İnkişaf Bankı tərəfindən malimyyələşdirilən məcburi köçkünlər üçün sosial infrastrukturun tikintisi layihəsi kredit razılaşmasını imzalayıb. Bu barədə Trend ə Nazirlər Kabinetindən məlumat verilib. İslam bankı tərəfindən analoji prosedura bankın mənzil-qərargahında həyata keçiriləcək.

Sənədin Azərbaycan tərəfindən imzalanmasını Azərbaycan prezidenti baş nazirin birinci müavini Əli Həsənova həvalə edib.

Layihənin ümumi dəyəri $14,54 milyondur. Maliyyələşdirmə mənbələri arasında pay müvafiqliyi 70,6% və 29,4% təşkil edir. Layihə Füzuli və Biləsuvar rayonlarında, məcburi köçkünlərin yaşadığı yerlərdə 14 məktəbinl (150 və 198 yerlik), 14 tibb məntəqəsi ( xəstəxana, həkimlər üçün ambulatoriya, feldşer məntəqəsi), eləcə də su təchizatını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti