...

Asiya İnkişaf Bankı Azərbaycanda yolların tikintisinə $52 milyon kreditin ayrılmasını təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2005 20:52 (UTC +04:00)

Asiya İnkişaf Bankının Direktorlar Şurası Yevlax-Cəncə və Qazax-Gürcüstan sərhəddindəki cənub-qərb avtomagistrallarının son iki sahəsinin rekonstruksiyası üçün $52 mln vəsaitin ayrılmasını təsdiqləyib.Bu barədə Trend AİB-nın pres-relizinə istinadən məlumati yayıb.

Layihə 127 km uzunluğunda yolların və ona bitişik 65 km yolun təkmilləşdirilməsini nəzərdə tutur. Layihə həmçinin, siyasi islahatlara yardım, nəqliyyat sahəsində fəaliyyət göstərən idarəetmə sistemlərinin təkmilləşdirilməsinə yardımı da nəzərdə tutur.

Press-relizdə bildirilir ki, layihə 700 min əhalisi olan 6 rayonu əhatə edir. Bu ərazilərdə həmçinin, 87 min məcburi köçkün və qaçqın yaşayır ki, onlar agentliklərin və hökumətin yardımından asılıdırlar.

Xəbər lenti

Xəbər lenti