...

Azərbaycan-Qazaxıstan biznes-forumu yanvara planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2005 11:16 (UTC +04:00)

Azərbaycan ixrac və investisiyaların təşviqi fondu (Azpromo) Azərbaycan-Qazaxıstan biznes-forumunu keçirməyə hazırlaşır. Azpromo-nun prezidenti Emil Məcidov Trend bildirib ki, iclasın yanvar ayında Qazaxıstanda keçirilməsi planlaşdırılır.

"Hazırda forumda iştirak etmək barədə Azərbaycanın 8 şirkəti öz marağını bildirib. Biz Qazaxıstanı Azərbaycan məhsulu üçün perspektivli bazar hesab edirik və iki ölkə sahibkarları arasında əlaqələrin inkişafına kömək etməyə hazırıq" -deyə E.Məcidov qeyd edib.

Qazaxıstanın Azərbaycandakı səfirliyində bildirilib ki, forumların keçirilməsi iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın qərarı ilə nəzərdə tutulub.

"Forum komissiyanın növbəti iclasınadək keçirilməlidir ki, sahibkarların bunun üçün təklifləri olsun" -deyə səfirlikdə bildirilib.

Azərbaycan Dövlət statistika komitəsinin məlumatına görə, 2005-ci ilin III rübü ərzində iki ölkə arasında mal dövriyyəsi $11321,1 min Azərbaycan ixracı və $38852,9 min mənfi saldo olmaqla $61495,1 min təşkil edib.

Xəbər lenti

Xəbər lenti