...

Beynəlxalq Valyuta Fondunun missiyasının rəhbəri Azərbaycanın Hesablama Palatasının başçısı ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2005 11:16 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondunun missiyasının rəhbəri Azərbaycanın Hesablama Palatasının başçısı ilə görüşüb

Azərbaycanın Hesablama Palatasının sədri Namiq Nəsrullayev Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentinin (MCD) direktorunun müavini Vitali Kramarenkonu qəbul edib. Namiq Nəsrullayevin Trend ə verdiyi məlumata görə, müzakirələrin əsasını 2006-cı ildən bir neçə dəfə artacaq investisiya axınlarının (investisiyaloarın özləri və onların mənimsənilməsindən əldə olunan xarici valyuta) istifadəsi üzərində nəzarət və idarə edilməsi təşkil edib.

"BVFPalatanın bu məsələyə, eləcə də dövlət maliyyə nəzarəti haqqında qanunun işlənməsinə yanaşmasını da bəyəndi. Öz tərəfimizdən biz BVF-nun ölkədə auditin anlayışı və təcrübəsinin tətbiqinə yardımının arzu olunması barədə məsələni qarşıya qoyduq. Bu zaman texniki yardım fondun missiyasının obyekti olmadığından müzakirə olunmadı ", - deyə N.Nəsrullayev bildirib.

MCD missiyası Bakıya BVF-nun yaradılması barədə razılaşmanın 4-cü maddəsi üzrə növbəti icmalı həyata keçirmək məqsədilə, eləcə də orta müddətli perspektivdə hökumətin islahatlar proqramının müzakirəsi üçün gəlib.

Xəbər lenti

Xəbər lenti