...

Azərbaycan OPEK fondunun kənd təsərrüfatı layihəsinə aırdığı kreditdən imtina edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2005 14:02 (UTC +04:00)

Azərbaycan hökuməti OPEK Beynəlxalq iqtisadi inkişaf fondunun ölkənin şimal-şərq regionlarının kənd təsrrüfatının inkişafına ayırdığı layihənin maliyyələşdirilməsindən imtina edə bilər.Bu barədə Trend ə hökumətdə bildirilib.

Bunun səbəbi OPEK-in $7,5 mln. həcmində kredit ilə təklif etdiyi kommersiya şərtləri ola bilər. "Layihənin məqsədi regionlarda yoxsulluğun azaldılmasıdır, buna görə də belə bir kreditlə kommersiya şərtləri məqbul deyil"-deyə hökumətdə bildirlib.

Hazırda Nazirlər Kabineti OPEK fondun təkliflərini rəy alınması üçün müvafiq nazirlik və idarələrə göndərib. Hökumətin zamini kimi maliyyə Nazirliyi bunu məqsədəuyğun hesab etməyib. Kreditin faiz dərəcələri libor ilə bağlıdır, hesab olunur ki, Azərbaycanda iqtisadi vəziyyət yaxşılaşıb. Adətən fond ölkəyə kreditləri illik 2% ilə verirdi. Hökumət növbəti kreditin də bu şərtlərlə veriləcəyinə ümid edərək artıq iki ildir ki, OPEK-in vəsait ayırması haqqında qərarını gözləyir.

OPEK fondunun şərtlərinə əsasən, hər il fond bir layihəni maliyyələşdirə bilər. Bununla bağlı olaraq ötən il həmin kənd təsərrüfatı layihəsinin maliyyələşdirilməsi məsələsini həll etmək mümkün olmadı. Çünki 2004-cü ildə OPEK-in direktorlar Şurası yol inşası üçün kreditin ayrılması barədə qərar qəbul edib. OPEK fondu tərəfindən razılığın alınmasının gecikdirilməsi ilə kənd təsərrüfatının inkişafı Beynəlxalq fondu (IFAD) ilə də kredit sazişinini imzalanması prosesi dayanıb və bu da ötən il baş tutmalı idi.Cari ilin yayında bu prosedura nəhayət ki, baş tutdu və IFAD-ın sazişi ilə $25,148 mln. dəyərində layihənin $12,5 mln.-u ayrıldı. Hökumətin layihədəki payı $2 mln. təşkil edir. Qalan hissə ($1 mln.) potensialı olan donorların payına düşür, amma onlardan yenə də tapılmalıdır. OPEK ilə razılaşma alınmasa, onda hökumət əlavə vəsaitlər axtarmalı olacaq.

OPEK fondunun vəsaitləri hesabına irriqasiya (süni suvarma) sisteminin yaxşılaşdırılması üzrə işlərin maliyyələşdirilməsi nəzərdə tutulurdu. Azərbaycanın dörd rayonunun- Dəvəçi, Abşeron, Siyəzən və Xızı - ərazilərinin 48 kəndində kənd təsərrüfatının inkişafına yardım və nəzarət etməyə imkan verən sistem yaradılacaq.

Xəbər lenti

Xəbər lenti