...

Azərbaycan Beynəlxalq Valyuta Fondundan yalnız konsultativ dəstək almaq istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2005 11:56 (UTC +04:00)

Azərbaycanın Maliyyə nazirliyində Beynəlxalq Valyuta Fondu və hökumət arasında ölkə iqtisadiyyatının inkişafı məsələsi müzakirəyə çıxarılıb. Bu barədə Trend ə nazirlikdən məlumat verilib. Görüşdə Nazirlər Kabineti, Maliyyə nazirliyi və Milli bankın nümayəndələri iştirak edib.

Fondun Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə departamentinin iqtisadçısı Vitali Kramarenkonun rəhbərlik etdiyi missiya aparılmış təhlil əsasında öz fikrini bildirib. Müxtəlif rakurslardan ölkənin iqtisadi vəziyyətinə baxılıb.

Görüşdə Azərbaycanla gələcək əməkdaşlıq məsələsi müzakirəyə çıxarılmayıb. Lakin nazirlik və idarələrdə keçirilmiş ayrı-ayrı görüşlərdə Fondun ekspertləri tərəfindən maliyyələşdirilmə proqramı təklif olunub. Maliyyə naziri isə bu təkliflə razılaşmayıb. Onun fikrincə, əməklaşlıq yalnız məsləhətləşmələr əsasında davam etdirilə bilər. Son qərar gələn həftə Nazirlər Kabinetində hökumət başçısı ilə görüşdən sonra qəbul ediləcək.

Azərbaycan hökuməti və BVF arasında gələcək əməkdaşlığın ödəmə balansının cari əməliyyatları ilə bağlı problemlərin həllini nəzərdə tutan Stand-by proqramı çərçivəsində davam etdiriləcəyi ehtimal olunur. Proqram konsultativ köməklə müşaiyət olunacaq, maliyyələşdirilmə isə nəzərdə tutulmur.

Stand-by 1995-1997-ci illərdə Azərbaycana sabitləşdirmə kreditinin ayrılması ilə nəticələnən ilk proqramlardan biridr. Lakin bu vəsait kiçik özəlləşdirmənin dəstəklənməsi, xarici ticarətin liberallaşdırılması məqsədilə ayrılmışdı.

Xəbər lenti

Xəbər lenti