...

Dünya Bankı Azərbaycan üçün $170 milyon kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2005 13:45 (UTC +04:00)

Azərbaycan hökuməti və Dünya Bankı Ələt-Astara avtomobil yolunun tikintisi və rekonstruksiyası üçün 170 milyon dollar məbləğində ilk kredit ğranşının ayrılması ilə bağlı razılığa gəlib.Bu barədə Trend ə Nəqliyyat Nazirliyindən məlumat verilib.

Belə bir razılaşma Bakıda Dünya Bankının Olivğe Le Berin (Olivier Le Berr) rəhbərlik etdiyi missiyası ilə danışıqlar zamanı əldə olunub. Layihə üzrə kredit razılaşmasının 2006-cı ilin əvvəllərində imzalanması nəzərdə tutulub.

Layihənin texniki-iqtisadi əsaslarına müvafiq olaraq yolun uzunluğu 50 km qısaldılaraq 92 km olub. Sənəd Nəqliyyat Nazirliyi tərəfindən Asiya İnkişaf Bankının 750 min dollarlıq qrantı hesabına hazırlanıb.

Xəbər lenti

Xəbər lenti