...

Elman Rüstəmov: "Azərbaycanın milli valyutası yaxın zamanda beynəlxalq standartlara uyğunlaşdırılacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2005 16:02 (UTC +04:00)

"Azərbaycanın yeni milli valyutası yaxın zamanda beynəlxalq standartlara uyğunlaşdırılacaq". Trend in məlumatına görə, bu barədə jurnalistlərə Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda yeni pullarla bərabər köhnə pullardan da istifadə olunacaq və bu məsələdə heç bir problem yaranmayacaq. E.Rüstəmov qeyd edib ki, denominasiyaya bütövlükdə iqtisadi siyasət aləti kimi yanaşılmamalıdır: "Denominasiya milli valyutanın məzənnəsinin daha yeni bir qiymətdə təqdimatı deməkdir. Bu proses özünün müdafiə qabiliyyətini möhkəmləndirir. Hamı yaxın vaxtlarda bizim milli valyutamız beynəlxalq standartlara uyğunlaşacağının şahidi olacaq. Denominasiyanın ölkədə gedən proseslərlə, iqtisadi siyasətlə ciddi əlaqəsi yoxdur",- deyə E.Rüstəmov bildirib.

Milli Bankın rəhbəri valyutadəyişmə məntəqələrinin restrukturizasiyasına da toxunaraq, hazırda bu prosesin davam etdiyini deyib: "Məlum proseslərdən sonra biz özümüz restrukturizasiya ilə bağlı belə bir qərar qəbul etdik. Bununla əlaqədar olaraq yeni normativ tələblər irəli sürülür. Milli Bank tərəfindən artıq normativ sənədlər hazırlanıb. Sənəd mənə təqdim edilib və onunla tanış oluram", - deyə E.Rüstəmov əlavə edib.

Xəbər lenti

Xəbər lenti