...

BVF Azərbaycanda dövlət tərəfindən zəmanətsiz bocların uçotu ilə maraqlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2005 17:22 (UTC +04:00)

Beynəlxalq valyuta fondu (BVF) dövlət tərəfindən zəmanətsiz kreditlərin uçotu və monitorinqinin aparılması məsələsini yenidən qaldırıb. Bu barədə Trend ə maliyyə Nazirliyində bildirilib. Belə bir maraq ötən həftə respublikada olmuş Mərkəzi Asiya və Azərbaycan üzrə regional əlaqələndirici Qulam Azərbaycani tərəfindən bildirilib. Prezidentin "2005-ci ilin Dövlət büdcəsi haqqında" Qanunun tətbiqinə dair Fərmanına əsasən dövlət zəmanəti olmadan verilmiş kreditlərin idarə edilməsi və qeydiyyata alınması barədə təkliflər hazırlanması tapşırılıb.

Bununla əlaqədar olaraq zəmanətli və zəmanətsiz borcların tənzimlənməsi artıq przidentin İcra aparatında baxılan "Dövlət borcu haqqında" Qanun layihəsinə daxil edilib.

Vaxtilə BVF Azərbaycanın Milli bankına dövlət tərəfindən zəmanətsiz kreditlərin uçot və monitorinqini aparmasını tövsiyə edib. Eyni zamanda qanun layihəsində bununla məşğul olacaq orqan konkretləşdirilməyib.

Milli bank bu öhdəliyi öz üzərinə götürməyə etiraz etmir, amma hesab edir ki, bunun üçün ona hüquqlar verilməlidir.

"Valyuta tənzimlənməsi haqqında" qanunda AMB-nin özündə zəmanətsiz borcların hesablanmasını aparmalı olmasına aid bəndin qərar tutmasına baxmayaraq bu gün bu iş aparılmır.

AMB-də hesab olunur ki, zəmanətli borclardan fərqli olaraq özəl kreditlərin ümumi həcmi çox azdır. Bunların həcmi neft sektorunun hesabına artsa da bu sektor dövlətlə sıx bağlı olduğu üçün bunların hesabatı aparılmır. Bu gün zəmanətsiz kreditlərin uçotundakı çətinliklər onunla bağlıdır ki, valyuta bazarının liberallaşdırılması nəzərə alınmaqla, ölkəyə kapital idxalına məhdudiyyət qoyulmur, bu, hansı formada aparılır məlum deyil. Amma zəmanətsiz kreditlərin uçotu aparıldıqdan sonra AMB (bu funksiyalar ona verilərsə) bu gün maliyyə nazirliyinin zəmanətli kreditlər barədə malik olduğu tam informasiyaya malik olacaq.

Xəbər lenti

Xəbər lenti