...

2006-cı ildə Bakıda 15 beynəlxalq sərgi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2005 18:00 (UTC +04:00)

2006-cı ildə Iteca Caspian şirkəti Bakıda 15 beynəlxalq sərgi keçirəcək. Trend in məlumata görə, bu barədə şirkətin satış üzrə direktornunun müavini Bəhruz Hidayətzadə dekabrın 12-də mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, 2005-ci il ərzində 14 ixtisaslaşdırılmış sərgi keçirilib ki, onlardan 4-ü ilk dəfə keçirilib.

"Ümumilikdə sərgilərdə 57 ölkədən 980 şirkət iştirak edib ki, bu da 2004-cü ilin analoji göstəriciləri ilə müqayisədə 40% çoxdur. Tədbirlərdə 82359 nəfər iştirak edib ki, bu da ötən ildəki ilə müqayisədə 65% çoxdur", - deyə Iteca Caspian şirkətinin nümayəndəsi bildirib.

B.Hidayətzadə qeyd edib ki, gələn il ilk dəfə olaraq beynəlxalq "Tekstil və Moda" (noyabrın 15-17-də) və "Stomatologiya" (sentyabrın 27-30-da) sərgilər keçiriləcək.

"2006-cı ilin yeniliklərindən biri də maliyyə və bankinq üzrə sərgilərin keçirilməsi olacaq ki, onların keçirilməsi müddəti hazırda dəqiqləşdirilir", - deyə direktor müavini bildirib.

2006-cı ilin ilk tədbiri 3-cü beynəlxalq avtomobil sərgisi AutoShow (martın 15-18-də) olacaq. Bütün tədbirlər Heydər Əliyev adına idman-konsert kompleksində keçiriləcək

Xəbər lenti

Xəbər lenti