...

İlin sonunadək Kapitalbank-ın bazar qiymətinin dəyərləndirilməsinə dair müqavilə imzalanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2005 19:32 (UTC +04:00)

Dövlət bankı olan "Kapital" bankın bazar qiymətinə görə dəyərləndirilməsi üzrə Beynəlxalq auditor strukturlarından biri olan PriceWaterhouseCoopers ilə danışıqlar aparılır. Trend bildirir ki, bu gün jurnalistlər üçün keçirilən brifinqdə bankın idarə heyətinin sədri Rauf Rzayev bəyan edib.Məsləhətçinin xidmət haqqını dövlət ödəyəcək.

"Qiymətləndirmə təşkilatı ilə məsləhətləşmələr davam etdirilir və yəqin ki, yaxın günlərdə təşkilatla müqavilə bağlanacaq" -deyə R.Rzayev bildirib. Təşkilat iş planı və məxaric smetasını təqdim etməlidir.

Kapitalbank-ın rəsmi auditoru PriceWaterhouseCoopers cari ilin ilk yarımili ərzində bankın maliyyə-təsərrüfat fəaliyyətinin auditini keçirib. Yoxlama dövlət bankı olan "Kapitalbank"ın özəlləşdirməyə hazırlığı çərçivəsində aparılır. Bankın qiymətləndirilməsi də auditor hesabatı əsasında aparılacaq. Çünki özəlləşdirmə prosesinin səmərəliliyi üçün, hər şeydən öncə, bankın təxmini dəyərinin müəyyən edilməsi vacibdir.

Xəbər lenti

Xəbər lenti