...

Kapitalbank-da dövlətin 50% payının satışından sonra NK təxminən 150-160 mlrd. manata çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2005 19:48 (UTC +04:00)

Dövlət bankı olan Kapitalbank-ın özəlləşdirilməsinin birinci mərhələsində dövlətin payının nizamnamə kapitalında (NK) 50%-ə endirilməsi nəzərdə tutulur ki, bu da aksiya emissiyaları vasitəsilə öaş verəcək. Trend in məlumatına əsasən, bu gün keçirilən brifinqdə bankın idarə heyətinin sədri Rauf Rzayev bu barədə bildirib. 50% dövlət payının satışı nəticəsində bankın nizamnamə kapitalı təxminən 150-160 mlrd. manatadək artacaq. Aksiyaların satışı bazar qiyməti ilə aparılacaq.

Eyni zamanda bankın dövlətin simasında səhmdarı tərəfindən 2005-ci il sentyabrın 14-də nizamnamə kapitalının 50% (60 mlrd. manatadək) artırılması barədə qərar qəbul edilib. Bu gün Kapitalbank-ın NK 40 mlrd. manat təşkil edir və bu ay büdcə vəsaitləri hesabına daha 20 mlrd. manat planlaşdırılır.Bankın cəmi kapitalı hazırda beynəlxalq standartlara müvafiq olaraq təxminən 111-113 mlrd. manat təşkil edir.

Onun sözlərinə görə, cari ilin yekunlarına əsasən, bankın cəmi kapitalı büdcə vəsaitləri ilə yanaşı gəlir hesabına daha da artırılacaq.

Ötən ilin itkilərinin qapanması nəzərə alınmaqla bu ili Kapitalbank təmiz mənfəətlə başa vurmağı planlaşdırır. Dekabrın 1-nə olan vəziyyətə görə, bankın gəlirləri 83 mlrd. manat təşkil edir. İllik büdcənin gəlirlər üzrə 88 mlrd. manat səviyyəsində planlaşdırıldığına baxmayaraq 92 mlrd. manatın alınması nəzərdə tutulur. Bütün ötən il ərzində bankın gəlirləri 47 mlrd. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti