...

Səudiyyə inkişaf fondu dekabrda Yevlax-Gəncə avtomobil yolunun inşasına krediti təsdiq edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2005 20:12 (UTC +04:00)

Bu ay ərzində Səudiyyə inkişaf fondunun direktorlar Şurasında Yevlax-Gəncə avtomobil yolunun inşası layişəsinə kreditin bəyənilməsi planlaşdırılır. Bu barədə Trend ə hökumətdə bildirilib. Fondun ekspertləri layihənin son qiymətləndirilməsini cari ilin avqustunda aparıb.

Səudiyyə fondu Yevlax-Gəncə avtomobil yolunun bir hissəsinin maliyyələşdirilməsi üçün $11 mln.verməyə hazırdır. Avtomobil yolunun ümumi uzunluğu 88 km. təşkil edir. Bunun 50 km hissəsini Səudiyyə fondu və İslam inkişaf bankı maliyyələşdirəcək. Bank artıq $10,4 mln.verilməsi barədə qərar qəbul edib və cari ilin mart ayında buna dair kredit sazişi imzalanıb.Bu kredit üzrə digər dövlətdaxili proseduralar da yerinə yetirilib.

Yolun qalan hissəsini Asiya inkişaf bankı maliyyələşdirəcək. Bank bu günlərdə həmin sahəyə və Qazax-Gürcüstan sərhədi yolunun inşası layihəsinə $52 mln. ayrılması barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti