...

Azərdəmiryolbank "Azərikard"a qayıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2005 15:17 (UTC +04:00)

"Azərdəmiryolbank" səhmdar-kommersiya bankı "Azərikard"ın prossesinq mərkəzində bu mərkəz vasitəsilə əməliyyatların bərpa edilməsi üçün yenidən sertifikatlaşdırmaya başlayıb. Bu barədə Trend ə "Azərikard"da bildirilib. Bu bank öz kart əməliyyatlarını tədricən AMB-də yaradılmış "Millikart"ın yeni prossesinq mərkəzində keçirməyə hazırlaşırdı.

Diqqətəlayiqdir ki, Iisa beynəlxalq ödəmə sistemində yeni mərkəzin sertifikatlaşdırılması ödəmə sisteminin tamhüquqlu üzvü olan Azərdəmiryolbank vasitəsilə həyata keçirilirdi. İlin sonunadək MasterCard sistemində sertifikatlaşdırma başa çatdırılmalıdır. "Bundan sonra Azərdəmiryolbank-ın kartları tamamilə "Millikart" vasitəsilə xidmət edəcək"-deyə bu yaxınlarda AMB idarə heyətinin sədr müavini Alim Quliyev Trend ə bildirmişdi.

Amma göründüyü kimi, belə olmadı, bank "Azərikard"a qayıtmağı qərara aldı. Mərkəzin işçiləri həmin hadisəni bu mərkəzdə mövcud sistemlə izah edirlər.Bundan başqa, bu gün kartların dörddə üçün "Azərikard"da xidmət göstərir, qalanı isə "Azərikard"dan keçir. Hazırda onların buraxdığı kartların sayı 10 mindir.

Kartlarının "Millikart" vasitəsilə işlənməsini istəyən bank-emitentlər azdır. Bu gün AMB mərkəzinə birləşmək barədə beş bankla danışıqlar aparılır, amma artıq AFBank, Debütbank, Gəncəbank və Azərtürkbankın bankomatları qoşulub və bunlar kartların buraxılmasına hazırlaşır. Onlar yerli kartlardan başlayıb, çünki beynəlxalq kartların buraxılışı bir qədər çətindir. AMB-nin bu ilin sonu - 2006-cı ilin əvvəlinə olan proqnozuna görə, ümumiyyətlə mərkəz tərəfindən buraxılışın həcmi 10 min kart təşkil edəcək. Amma görünür ki, proqnozlar ediləndə Azərdəmiryolbank biznesinin də bu mərkəzə köçürülməsi nəzərə alınıb. Beləliklə, AMB-nin proqnozları belə tezliklə gerçəkləşdirilmədən qala bilər.

Xəbər lenti

Xəbər lenti