2005-ci il ərzində Azərbaycanda üzüm yığımı 77 553 ton təşkil edib. Bu barədə Trend ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Nazirlikdən həmçinin, qeyd ediblər ki, 2005-ci ildə Azərbaycanda üzüm məhsulunun yığımı 70 min ton həcmində proqnozlaşdırılmışdı, lakin yenni üzüm planltasiyalarının salınması ilə əlaqədar məhsulda yüksək artım müşahidə olunub.
"Hazırda üzüm yığımı üzrə işlər tam başa çatdırılıb" - deyə Nazirlikdən məlumat verilib.
2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramınd Azərbaycanın müxtəlif regionlarında, o cümlədən, Cəlilabad, Qazax, Xanlar, Kürdəmir, Tovuz kimi rayonlarında yeni üzüm plantasiyalarının salınması nəzərdə tutulub.