...

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Azad yeni fikir qəzeti redaksiyası" MMC tərəfindən keçirilən "2-1-0" stimullaşdırıcı tirajlı lotereyanı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2005 19:26 (UTC +04:00)

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədrinin 12 dekabr tarixli əmrinə əsasən "Azad yeni fikir qəzeti redaksiyası" MMC tərəfindən keçirilən "2-1-0" stimullaşdırıcı tirajlı lotereya həmin tarixdən etibarən dayandırılıb. "Trendin" bildirdiyinə görə, bu barədə komitənin bəyanatında bildirilir.

Lotereyanın təşkilatçısına lotereya iştirakçılarının hüqüqlarının bərpasının təmin edilməsi haqqında tələbnamə göndərilib.

Bəyanatda bildirilir ki, "Azad yeni fikir qəzeti redaksiyası" MMC dekabr aynın 6-da "Azad yeni fikir" qəzetinin(www. azadyenifikir.com) internet səhifəsində yerləşən ödənişli elektron versiyasının satışını stimullaşdırmaq məqsədi ilə "Lotereya haqında"qanunun 8.8-ci bəndinə uyğun olaraq "2-1-0" stimullaşdırıcı tirajlı lotereyanı keçirmək hüqüqünü əldə edib.

QKDK- ya təqdim olunmuş lotereya şərtlərinə əsasən, lotereyada yalnız "Azad yeni fikir" qəzetinin ödənişli elektron versiyasının abunəçiləri iştirak edə bilər. Abunəçilər qiyməti 50 manat (1qəpik) olan PİN kodla qəzetin ödənişli elektron versiyasına yalnız bir giriş hüqüqü əldə edə bilir.

Lakin lotereyaların təşkilinə və keçirilməsinə nəzərət tədbirləri çərçivəsində Qiymətli kağızların buraxılışı və qeytiyyatı şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, qəzetin internet səhifəsi ödənişli deyil. PİN kod daxil edilərkən açılan səhifədə isə həmin əməliyatın yolverilməz olduğü bildirilir.

QKDK bəyan edir ki, "Azad yeni fikir qəzeti redaksiyası" MMC "Azad yeni fikir" qəzetinin mövcud olmayan ödənişli elektron versiyasına PİN kodların satışını həyata keçirməklə stimullaşdırıcı deyil. "Lotereya haqında"qanunun 3.3-ci bəndinin tələbi, eləcə də "2-1-0" stimullaşdırıcı tirajlı lotereyanın şərtləri pozulub.

Xəbər lenti

Xəbər lenti