...

2006-cı ildə ərəb maliyyə institutları Bakıda toplaşacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2005 19:35 (UTC +04:00)

Azərbaycan hökuməti ilə İslam İnkişaf Bankı (İİB) arasında aparılan danışıqların yekunlarına görə gələn il Bakıda keçiriləcək investisiya konfransı ilə əlaqədar memorandum hazırlanıb. Bu barədə Trend ə hökumətdən məlumat verilib. Bu yaxınlarda ölkəyə gələn İİB-nın mütəxxəsisi Hişam Maruyfun başçılıq etdiyi missiya memorandumu birtərəfli qaydada imzalayıblar.

Ərəb maliyyə institutları, eləcə də ərəb ölkələrindən olan iş adamlarının iştirakı ilə ilə keçiriləcək konfransın ilkin tarixi gələn il aprelin 19-21-nə təyin edilib. Lakin bu müddət və təşkilati məqamlar dəqiqləşdirilir. Memorandumda hər iki tərəfin (İİB və Azərbaycan hökumətinin) iştirakı ilə forumun keçirilməsi qeyd olunub. Hökumət hələ bu və digər məsələlərlə bağlı tam razılığını bildirməyib. Lakin hökumətdən yaxın iki həftə ərzində müddətlərin və konfransla bağlı digər məsələlərin müəyyən ediləcəyini bildiriblər.

Xəbər lenti

Xəbər lenti