...

Azərbaycan Qara dəniz Ticarət və İnkişaf Bankının səhmlərinə abunə yazılışını gələn il başa çatdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2005 20:06 (UTC +04:00)

2006-cı ildə Azərbaycan Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) səhmlərinə abunə yazılışını başa çatdırmaq niyyətindədir. Bu barədə Trend ə hökumətdən məlumat verilib. Bu il üçün bank qarşısında öhdəliklərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş dövlət büdcəsindən ayrılmış vəsait demək olar ki, tam ödənilib.

Bankda Azərbaycanın payı 6 mln SDR təşkil edir ki, ondan 2 mln SDR Azərbaycanın QTİB-ə üzv daxil olması barədə razılaşmanın ratifikasiyasından dərhal sonra ödənməli idi. O zaman ( 2000-ci ildə) Azərbaycan malityyə çətinlikləri keçirirdi və buna görə də indiyə kimi biz borcları ödəyə bilməmişdik.

Azərbaycanın QTİB-ə daxil olunması barədə razılaşma 2000-ci ildə ratifikasiya olunub. Lakin bu gün Beynəlxalq Bankın layihələri və bu yaxınlarda UniBank üçün açılan kredit xəttləri maliyyələşdirilir. Yaxın perspektivdə QTİB-dən kiçik və orta sahibkarlıq üçün ayrılmış kreditlərin alınacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti