...

2006-cı ildən Azərbaycanın Hesablama Palatası beynəlxalq audit standartılarına keçəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2005 12:30 (UTC +04:00)

Azərbaycanın Hesablama Palatasının sədri Namiq Nəsrullayev Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın və Mərkəzi Asiya (MCD) üzrə Departamentinin direktor müavini Vitali Kramarenko ilə ölkənin ali dövlət audit orqanının beynəlxalq audit standartlarına (ISA) keçməsi barədə məsələni müzakirə edib.

N.Nəsrullayevin Trend ə verdiyi məlumata görə, iclasda tam konsensus əldə olunub. Belə ki, BVF palatanın beynəlxalq standartlara keçiridini dəstəkləyib. "Eyni zamanda, BVF etiraf edib ki, maliyyə hesablarının/ auditin beynəxalq standartlara (IFRS/IAS/ISA) korrupsiya əleyhinə güclü komponentə malikdir. Hesablama Palatası IAS-a 2006-cı ildən keçməyi planlaşdırır. Beynəlxalq normalara qismən müvafiq gələn milli standartlar artıq hazırlanıb. IAS-a keçirdlə əlaqədar biz Palatanın aparatı üçün treninqlər keçirməyi nəzərdə tutmuşuq ki, bu da onun bu yaxınlarda onun yenidən təşkil edilməsinə yardım göstərə bilər ", - deyə N.Nəsrullayev bildirib.

Ölkənin bütün təşkilatlarının beynəlxalq standartlara keçməsi təxminən 2012-ci ilə qədər dövrü əhatə edən yeni qəbul edilmiş "Mühasibat uçotu barədə" qanunu qəbul edilməsi ilə bağlıdır. 2006-2008-ci maliyyə ilində ölkəyə yardımın yeni strategiyası (CAS) çərçivəsində Dünya Bankı həmçinin, ölkəyə bu məqsədlə 10 milyon dollar vəsait ayırmağa hazırdır. Hələləik ölkəyə Şotlandiyanın Prestley University texniki yardım göstərir.

Xəbər lenti

Xəbər lenti