...

Beynəlxalq Valyuta Fondunun MCD üzrə direktor müavini Culian Berenqot Bakıya gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2005 12:39 (UTC +04:00)

Dekabrın 13-dən Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın və Mərkəzi Asiya (MCD) üzrə Departamentinin direktor müavini Culian Berenqot Bakıda işə başlayıb. BVF-nun Bakıdakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, C.Berenqot dekabrın 16-na kimi Bakıda olacaq.

"O, MCD -nin icmal missiyasının rəhbəri Vitali Kramarenko ilə birgə hökumətin nümayəndələri ilə danışıqlar aparır. Artıq Milli Bankda görüş keçirilib və həftənin sonuna kimi onun iqtisadi siyasət üzrə dövlət müşaviri Vahid Axundovla, maliyyə naziri Əvəz Ələkbərov və iqtisadi inkişaf naziri Heydər Babayevlə, baş nazir Artur Rasizadə ilə görüşü planlaşdırılıb. Yalnız baş nazirlə görüşdən sonra hökumətlə fonda arasında yeni əməkdaşlıq proqramının hazırlanması perspektivləri müəyyən ediləcək ", - deyə hökumətdən bildirilib.

Xəbər lenti

Xəbər lenti