...

"Azərkredit" yeni bankında İdarə Heyətinin tərkibi dəyişdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2005 13:50 (UTC +04:00)

Yeni yaradılmış bankların nəzərdən keçirilməsi üzrə Azərbaycanın Milli Bankının komissyiasının tövsiyyəsi ilə "Azərkredit" bankının İdarə Heyətinin tərkibi dəyişdirilib. Bu barədə Trend ə AMB-dan məlumat verilib. Milli Bankda 2005-ci ilin əvvəlindən sənədləşmələr, eləcə də bu bankın açılışı üzrə biznes-plan nəzərdən keçirilir.

Yeni bank qanunvericiliyinə uyğun olaraq MB təkcə yeni deyil, eyni zamanda, fəaliyyət göstərən bankların rəhbər heyətlərini yoxlamadan keçirir. Onlar "Banklar haqqında" Qanunun müəyyən etdiyi kriteriyalara uyğun gəlməlidirlər.

Bununla əlaqədar "Azərkredit" Səhmdar Bankına irəli sürülən namizədlərə yenidən baxmaq tövsiyə edilib. Yeni tərkiblə tanışlıq şənbə günü MB-da keçiriləcək.

Tələblərə cavab verdiyi halda "Azərkredit" artıq yaxın zamanlardan bank fəaliyyətini həyata keçirmək üçün lisenziya əldə edəcək, Belə ki, sənədlərin yoxlanılması üçün qanunvericilikdə ayrılan bütün müddətlər artıq başa çatıb.

Bankın biznes-planına görə, o, bank fəaliyyətinin bütün növlərini (fiziki şəxslərdən depozitlərin cəlb edilməsi)həyata keçirəcək. Yeni bank qanunvericiliyində yenidən açılan bankların əmanət qəbuluna məhdudiyyət qoyulmayıb. Bank artıq Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və Nizamnamə fondu Milli Bankın əvvəlki tələbləri səviyəsində, 25 milyard manat həcmində formalaşıb. Gələn il yeni bank açmaq arzusunda olanlar üçün Nizamnamə fondu 50 mlrd manat səviyyəsindədir.

Xəbər lenti

Xəbər lenti