...

Kapitalbankın səhmləri ilk dəfə olaraq Fond Birjası vasitəsilə yerləşdirilicək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2005 14:03 (UTC +04:00)

Kapitalbankın nizamnamə kapitalı ilk dəfə olaraq qiymətli kağızlar üzrə Dövlət Komitəsində səhmlərin emissiya prospektlərinin qeydiyyata alınması vasitəsilə artırılacaq.

Trend in Bakı Fond Birjasının press-relizinə istinadən xəbər verdiyi kimi, QKDK 20 mlrd manat (4 mln yeni manat) həcmində prospekt qeydiyyata alıb. Bu yaxınlarda bir səhmin təsdiqlənmiş dəyərinə görə, nominal 1 mlrd manat (200 min yeni manat) səviyyəsində müəyyən edilib.

Bank səhmdarının qərarına əsasən, onun nizamnamə kapitalının 50% artırılması planlaşdırılır.

Emissiya Fond Birjası vasitəsilə yerləşdiriləcək. Dövlət Komitəsinin bankın səhmlərini əldə etmək hüququ var. Bu hüquq 360 gün ərzində qüvvədə olacaq. Səhmlərin yerləşdirilməsi üzrə anderrayter "Standart Kapital" MMC-dir.

Xəbər lenti

Xəbər lenti