...

İri vergiödəyicilər denominasiya ilə bağlı tədbirlərlə tanış olublar

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2005 14:49 (UTC +04:00)

Ölkənin bank sistesində və ödəmə sistemindən 2006-cı ilin yanvarından yeni qiymət ölçüsünə keçməsi ilə əlaqədar demək olar ki, bütün tədbirlər başa çatdırılıb. Bu barədə Trend ə Azərbaycanın Milli Bankının mətbuat xidmətindən məlumat verilib. Bu barədə denominasiyanın hazılanması üzrə işçi qrupun rəhbəri, AMB-nın İdarə Heyətinin sədrinin müavini Alim Quliyev iri vergiödəyicilərin, dövlət təşkilatları və şirkətlərinin baş mühasibləri ilə görüşündə bildirib. Görüşdə ARDNŞ, Kaspar, "Azərenerji", "AzAL", "Azərsun Holdinq", "Hyatt Recensi", "Barmek", "Azərsel", "Azəriqaz", "Azərsu" və s. nümayəndələri iştirak edib.

Onlarda denominasiya prosesində yarana biləcək problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Prezidentin 2005-ci il 7 fevral tarixli

"Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymət ölçüsünün dəyişdirilməsi barədə " fərmanında nəzərdə tutulmuş tədbirlər çərçivəsində yeni ildən nəqdsiz haqq-hesablara keçid, yeni qaydalara müvafiq mühasibat uçotunun aparılması, daxili avtomatlaşdırılmış informasiya sistemlərinin proqramlarının dəyişdirilməsi nəzərdə tutulur. Öz növbəsində, görüşdə iştirak edən Maliyyə Nazirliyinin nümayəndəsi bütün büdcə təşkilatlarına, dövlət və qeyri -dövlət müəssisələrinə yeni qiymət ölçüsünə keçidlə bağlı Nazirliyin təsdiq etdiyi metodiki göstərişlər göndərildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti