...

Azərbaycan və Polşa bank sahəsində əməkdaşlığı genişləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2005 17:44 (UTC +04:00)

Polşa Milli bankının nümayəndə heyəti Azərbaycan hökuməti ilə bank sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etmək niyyətindədir. Polşanın Azərbaycandakı səfirliyinin müşaviri Voyçex Quretski Trend ə bildirib ki, bu məsələ Polşa Milli bankı nümayəndə heyətinin gələn həftə Azərbaycana səfəri zamanı müzakirə ediləcək.

Nümayəndə heyəti Azərbaycan Milli Bankının rəhbərliyi ilə əməkdaşlığın perspektivlərinə dair bir sıra görüşlər keçirmək niyyətindədir. Diplomat bildirib ki, səfər zamanı hər hansı bir sənədin imzalanmasına baxılmayacaq.

İndi nümayəndə heyəti Tbilisidə işgüzar səfərdədir.

Xəbər lenti

Xəbər lenti