...

2006-cı ilin fevralında Azərbaycanın poçt sahəsi əməkdaşlarının əmək haqqının artırılması gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2005 20:24 (UTC +04:00)

2006-cı ilin fevralında Azərbaycanın poçt sahəsi əməkdaşlarının əmək haqqının artırılması gözlənilir. Trend bildirir ki, dekabrın 14-də bu barədə AR rabitə və informasiya texnologiyaların naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, hazırda poçt sahəsi üçün əlavə dotasiya alınıb və bu, 2006-cı ilin yanvarında ayrılacaq.

"2006-cı ilin fevralında əmək haqqının artırılması planlaşdırılır, bunun nəticəsində poçt işçilərinin minimum əmək haqqı 150 min manat təşkil edəcək" -deyə nazir bildirib.

Bu gün poçt rabitəsi sahəsində çalışan işçilərin sayı 4 min nəfər təşkil edir, bunlardan 1,2 min nəfərin əmək haqqı ölkədə minimum əmək haqqından aşağıdır. Nazir bildirib ki, bunun səbəbidir ki, ölkənin ucqarlarında yüksək səviyyədə göstərilən poçt xidmətləri pulsuz həyata keçirilir.

" Yeni "Poçt haqqında" Qanuna əsasən dövlət bu xidmətləri kompensasiya etməyi öz üzərinə götürüb və bununla bağlı olaraq bu vəsaitlər hesabına poçt işçilərinin əmək haqqının artırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti