...

Gürcüstan özünün bir sıra vaqonlarının Bakı-Moskva qatarına birləşdirmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2005 14:34 (UTC +04:00)

Gürcüstanın dmiryolu idarəsi Azərbaycan Dövlət Dəmiryolu İdarəsinə (ADDİ) 3 vaqonun Bakı-Moskva marşrutu ilə hərəkət edən sərnişin qatarına birləşdirilməsi barədə xahişlə müraciət edib Bu barədə Trend ə ADDİ-dən məlumat verilib. Gürcüstan tərəfi qatara 2 sərnişin və 1 yük vaqonun birləşdirmək istəyir.

ADDİ-dən bildirilib ki, hazırda idarə Rusiya tərəfi ilə bu məsələnin həlli ilə bağlı danışıqlar aparır. "Hazırda Bakı-Moskva marşrutu ilə sərnişin, yük və restoranını daxil olduğu 19 vaqondan ibarət qatar hərəkət edir. Vaqonların sayını 19-dan artıq artırmaq olmaz. Gürcüstanın vaqonlarının bizim qatara qoşulması üçün Rusiya tərəfindən icazə alınması vacibdir", - deyə ADDİ-nin nümayəndəsi bildirib

Xəbər lenti

Xəbər lenti