...

Yanvar-noyabrda Azərbaycanda inflyasiya 9,9% olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2005 12:47 (UTC +04:00)

2005-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda istehlak inflyasiyası 2004-cü ilin analoji dövrü ilə müqayisədə 9,9% təşkil edib. Bu barədə Trend ə Dövlət Statistika Komitəsindən məlumat verilib. 2004-cü ilin dekabrı ilə müqayisədə istehlak qiymətlərinin indeksi 2004-cü ilin dekabrın 1-nə kimi 3,1%, noyabra kimi 4,9%, 2005-ci ilin oktyabrına kimi 1,1% artıb. Hökumətin proqnozlarına görə, bir il ərzində inflyasiya 5%-ə qədər təşkil etməlidir.

11 ay ərzində topdansatış sənaye qiymətlərinin indeksində artım yanvar-noyabra kimi 19,4%, 2004-cü il dekabrında 10,6% və noyabrında 7,7% təşkil edib. Noyabr ayında topdansatış qiymətləri 2005-ci ilin oktyabrdakına nisbətən 1,5% aşağı düşüb. Bir illik artım 3% həcmində proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti