...

OPEK imtina etdikdən sonra Azərbaycan şimal-şərq regionlarının inkişafı layihəsi ilə bağlı borcunu özü maliyyələşdirə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2005 14:10 (UTC +04:00)

OPEK beynəlxalq iqtisadi inkişaf fondu şimal-şərq regionlarının inkişafı layihəsi ilə bağlı borcun maliyyələşdirilməsindən imtina etdikdən sonra Azərbaycan özü bu işi apara bilər. Bu barədə Trend ə eksklüziv olaraq ölkənin kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib.

OPEK fondunun şərtlərinə əsasən, hər il yalnız bir layihə maliyyələşdirilə bilər. Bununla bağlı olaraq ötən il adıçəkilən k/t layihəsini maliyyələşdirmək mümkün olmayıb. Çünki 2004-cü ildə OPEK direktorlar Şurası yol tikintisinə kreditin ayrılması qərarını qəbul edib. "Hazırda Azərbaycan hökuməti və k/t inkişafı Beynəlxalq fondu (IFAD) OPEK ilə həmin istiqamətlə bağlı danışıqlar aparır. Amma $7 mln. məbləğində maliyyələşdirmədən təşkilat imtina edərsə onda biz bununla bağlı digər donor təşkilatlara müraciət etməliyik. Əgər istənilən nəticələr alınmasa, onda hökumət layihənin gerçəkləşdirilməsi üçün vəsait ayrılmasını öz üzərinə götürəcək" -deyə nazir qeyd edib.

Azərbaycanın şimal-şərq regionlarının inkişafı layihəsinin ümumi dəyəri $25 mln.148 min olaraq qiymətlənidirilir, bundan $12 mln. IFAD-ın, $2 mln. 690 min Azərbaycan hökumətinin, qalan hissəni isə OPEK maliyyələşdirməli idi.

Abşeron, Siyəzən, Dəvəçi və Xızı regionlarında layihənin gerçəkləşdirilməsi hesabına ikinci və üçüncü dərəcəli suvarma və əsasən həmin regionlarda yoxsulluğun azaldılmasına yönəldilmiş marketinq tədbirləri həyata keçiriləcək. Layihə ilə həmçinin regionlarda təxminən $4 mln. 500 min məbləğində orta müddətli kreditlərin verilməsi də nəzərdə tutulur.

"Layihə 2006-ı ilin əvvəlində gerçəkləşdirilməyə başlayacaq" -deyə İ.Abbasov bildirib.

Xəbər lenti

Xəbər lenti