...

Azərbaycan və Fransa arasında baytarlıq sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2005 16:55 (UTC +04:00)

Azərbaycan və Fransa arasında baytarlıq sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. Kənd Təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin informasiya mərkəzindən Trend ə verilən məlumata görə, bu, Fransanın Kənd Təsərrüfatı nazirliyinin baytarlıq işləri üzrə müşaviri Jak Farbos və baytarlıq sahəsində Azərbaycana yardım proqramının əlaqələndiricisi Jan Mari Elmerin Baytarlıq Xidmətinin rəhbəri İsmayıl Həsənovla görüşü zamanı mümkün olub.

Dekabrın 15-də keçirilmiş tədbirdə bu sahədə əməkdaşlığın inkişafı məsələləri, 3 il ərzində proqram çərçivəsində keçirilmiş tədbirlərin yekunları , 2006-cı ildə başlanması nəzərdə tutulan proqramın 2-ci mərhələsi çərçivəsində işlərin həyata keçirilməsi üzrə prioritet istiqamətlər və perspektivlər müzakirəyə çıxarılıb.

Fransanın Azərbaycana yardım proqramına fikir mübadiləsi və birgə tədqiqatların aparılması, Azərbaycan mütəxəssislərinin Fransada hazırlığı, vaksinlərin alınması və s. daxildir.

"Dekabrın 16-da fransalı mütəxəssislər heyvanlardan qan anazinin götürülməsi prosesində iştirak etmək üçün Baytarlıq xidmətinin regional laboratoriyalarının yerləşdiyi Dəvəçi və Sabirabad rayonlarına gedəcək və müəssisənin iş şəraiti ilə tanış olacaqlar", - deyə dövlət strukturunda vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti