...

AV TACIS layihəsinin məsləhətçiləri Vergi məcəlləsinə dair şərh və tövsiyələri vergilər nazirliyinə təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2005 17:23 (UTC +04:00)

Bu gün Grand Hotel Europe-da 2006-cı ilin yanvarın 21-də gerçəkləşdirilməsi başa çatacaq "Azərbaycan vergi sisteminin müasirləşdirilməsi" layihəsi ilə bağlı son seminar keçirilib.

Trend bildirir ki, layihənin əsas məqsədi vergi administrasiyası potensialının gücləndirilməsi və yeni Vergi məcəlləsinin səmərəli həyata keçirilməsidir. Vergilər nazirliyi vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi və Avropa evinin əlaqələndiricisi Akif Musayev bildirib ki, layihə üç komponentdən ibarətdir: korporativ şəbəkənin yaradılması və informasiya texnologiyasının tətbiqi, vergi orqanları əməkdaşları üçün treninqlərin təşkili və vergi ödəyicilərinin məlumatlandırılmasının yüksəldilməsi.

Vergi orqanları əməkdaşları üçün Estoniyada, Fransada və Rusiyada treninqlər təşkil edilib.

Layihənin başa çatmasına baxmayaraq bu gün korporativ şəbəkənin yaradılmasını nəzərdə tutan komponent gerçəkləşdirilməmiş olaraq qalır. A.Musayevin sözlərinə görə, bu, tenderin vaxtında elan edilməməsi ilə izah olunur. Amma bu gün şirkətlərin seçimi aparılır. Korporativ şəbəkə AB ilə yeni layihə başlananadək yaradılmalıdır. Çünki bunun gerçəkləşdirilməsi üçün birinci layihədən 200 min avro istifadə olunmamış qalıb. Bu komponentin gerçəkləşdirilməsi üçün əlavə 6 ay verilib.

O, layihədə başlıca olaraq AB məsləhətçiləri ilə Vergi məcəlləsinə yekun sənəd kimi şərh və tövsiyələrin hazırlanmasını ayırdı. Bu, vergi əməkdaşlarına rəsmi olaraq bugünkü tədbirdə təqdim edilib. Normativ və hüquqi aktları əhatə edən sənəd 1500 səhifədən ibarətdir.

Həmin sənəd nazirlikdə fəaliyyət göstərən Tədris mərkəzi üçün mühüm tədris-metodiki təliatdır. Tövsiyələr üç hissədən ibarətdir. Birinci hissə Vergi məcəlləsinə izahları, eləcə də buna əlavə olaraq prezident və nazirlər Kabinetinin sərəncam və fərmanlarını əhatə edir. İkinci hissə nazirlik tərəfindən dərc edilən normativ sənədlərdən ibarətdir.Üçüncü hissə Nazirliyin avtomatlaşdırılmış vergi bəyannamələri sisteminin tətbiq edilməsinə keçid ilə bağlı olaraq bunların doldurulması, istifadə qaydalarını nəzərdə tutur.

1,5 mln. avro dəyərində olan layihə büdcəsi iki hissədən ibarətdir və iki ilə nəzərdə tutulur. Birinct hissə üzrə işlər 1,3 mln. avro olaraq qiymətlənditrilir və vergi xidməti, avtomatlaşdırılmış vergi uçotu sisteminin müasirləşdirilməsinə yardım və vergiödəyicilərinin məlumatlandırılmasının yüksəldilməsini nəzərdə tutur. Layihənin büdcədə 200 min avro dəyərində olan ikinci hissəsi avadanlıq alınmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti