...

Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbəri Türkiyənin nümayəndə heyətini qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2005 20:02 (UTC +04:00)

Dekabrın 16-da Dövlət Gömrük Komitəsinin rəhbəri Kəmaləddin Heydərov İqdır bələdiyyə başçısı Nurəddin Arasın rəhbərlik etdiyi türkiyəli nümayəndə heyətini qəbul edib. Bu barədə DGK-nın dekabrın 16-da yayılmış press-relizində bildirilir.

Görüş zamanı DGK rəhbəri Türkiyə ilə sıx əlaqələri, xüsusilə İqdır vilayətinin Naxçıvan MR-in əhalisinə yardımını vurğulayıb.

Bundan başqa, Türkiyə ilə sərhəddə yerləşən Sədərək gömrük-buraxılış məntəqəsinin dünya standartlarına uyğun fəaliyyət göstərməsi qeyd olunub.

Nurədddin Aras isə hər iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi zəruriliyini vurğulayaraq tezliklə ticarət dövriyyəsinin artması istəyini bildirib.

Xəbər lenti

Xəbər lenti