...

Dövlət Baytarlıq Xidməti quş ovunun qadağan olunma müddətinin uzadılmasını zəruri sayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2005 20:22 (UTC +04:00)

Kənd Təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkədə quş ovunun qadağan olunma müddətinin uzadılmasını zəruri sayır. Xidmətdən Trend ə verilən məlumata görə, bu müddət quş qripinin yayılma təhlükəsi aradan qaldırılana qədər uzadılacaq.

Həmçinin, o da bildirilib ki, hazırda sərhədlərdə nəzarətin gücləndirilməsi üzrə işlər həyata keçirilir, müntəzəm monitorinqlər aparılır. Müvafiq işlər görmək məqsədilə ayda iki dəfə broyler müəssisəsələrin rəhbərləri ilə yığıncaqlar keçirilir.

Asiyanın cənub-şərq ölkələrində, o cümlədən Rusiya və Qazaxıstanda "quş qripi"nin yayılması ilə əlaqədar miqrasiya edən vəhşi quşların qanını analiz etmək məqsədilə ilk dəfə quş ovu oktyabrın 11-də qadağan olunub. Daha sonra bu müddət noyabrın 11-dən dekabrın ortalarına kimi uzadılıb.

Xəbər lenti

Xəbər lenti