...

Azərbaycanda debitor borclarının 22,5% artımı qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2005 14:33 (UTC +04:00)

2005-ci ilin 9 ayı ərzində Azərbaycanın müəssisə və təşkilatlarında debitor borcları (sistemdaxili borclar nəzərə alınmadan) 22,5% artıb. Dövlət Statistiaka Komitəsindən Trend ə verilən məlumata görə, oktyabrın 1-nə olan vəziyyət üzrə qarşılıqlı debitor borcları 9818,9 mlrd manat olub.

" 9 ay ərzində o, 1803,7 mlrd manat və ya 22,5% artıb", - deyə Statistiaka Komitəsindən bildirilib.

İyulun 1-də debitor borcları 8653 mlrd manata (+8%), 2005-ci il yanvarın 1-də 8015,2 mlrd manata (+16,5%), 2004-cü il yanvarın 1-də 6877,2 mlrd manata bərabər olub.

Xəbər lenti

Xəbər lenti