...

Azərbaycanda deodorizasiya sistemindən istifadə ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2005 14:44 (UTC +04:00)

"Azersun Holding" Şirkətlər qrupu deodorizasiya sistemini Azərbaycana gətirib. Trend ə bu barədə "Azersun Holding" Şirkətlər qrupundan bildirilib. "Bakı Yağ və Qida Sənaye" zavodunda tətbiq edilməyə başlanan sistem istehsal keyfiyyətini artırmaqla yanaşı insan sağlamlığı və ətraf mühitin təmizliyini də təmin edir.

"Bakı Yağ və Qida Sənaye" ASC müdiri Ercan Yeşilkökçenin sözlərinə görə, deodorizasiya sistemi çox yeni bir texnologiyadır. "Bu səbəbdən, dünyada istifadəsi hələ çox yayılmayıb. Qurulan sistemdəki əsas dəyişiklik, vakuum sistemi ilə yağlardan uzaqlaşdırılan və yağ zavodlarının özünəməxsus qoxularının əsas mənbəyi olan uçucu maddələrin dondurularaq ətraf mühitin xoşagəlməz qoxu ilə çirklənməsinin qarşısının alınmasıdır. Deodorizasiya əməliyyatının əsas texnikası dəyişdirilmədən, təkcə qoxu verən maddələr sistemdən uzaqlaşdırılır. İstehsal mərhələsində yağ kimyəvi tərkib etibarilə çox yüksək keyfiyyətli olsa belə, deodorizasiyası yaxşı həyata keçirilməzsə, istehlakçı tərəfindən keyfiyyətli olaraq qəbul edilmir", - o qeyd edib.".

Ercan Yeşilkökçen bildirib ki, yeni deodorizasiya sistemi təbii mənbələrin istifadəsi baxımından daha az enerji sərf edir. Sistemin gövdəsi Hindistanda, başda dəstək tanklar olmaqla digər parçaları Belçikada, vakuum xətləri boruları isə Türkiyədə olmaqla 3 müxtəlif bölgədə hazırlanıb. Hazırda sistemin montaj işləri davam edir.

Xəbər lenti

Xəbər lenti