...

Dekabrın 19-dan Azərbaycanda "quş qripi "nin mövcudluğunu müəyyənləşdirmək üzrə 5-ci seromonitorinq keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2005 14:46 (UTC +04:00)

Dekabrın 19-dan Azərbaycanda "quş qripi"nin mövcudluğunun müəyyən olunması üzrə növbəti seromonitorinqin keçirilməsinə başlanılacaq. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Trend ə verilən məlumata görə, monitorinq dekabrın 25-nə kimi davam edəcək.

"Monitorinqlər ölkədə adı çəkilən xəstəliyin yayılması təhlükəsi aradan qalxana kimi davam etdiriləcək" - deyə dövlət strukturundan bildirilib.

Adıçəkilən tədbir tərkibinə Dövlət Baytarlıq Komitəsinin, Səhiyyə, Ekologiya və Təbii ehtiyatlar Nazirliklərinin, Elmlər Akademiyasıınn Zoologiya İnstitutunun və Azərbaycanın Ovçular Cəmiyyətinin nümayəndələrinin daxil olduğu xüsusi Komissiya tərəfindən keçiriləcək.

Bundan əvvəl keçirilən 4 monitorinq zamanı ölkədə bu xəstəliyin hər hansı bir təzahürü aşkar edilməyib.

Bununla yanaşı, Ekologiya Nazirliyi ölkəyə "quş qripi"nin daxil olmasının qarışımını almaq üçün tədbirlər həyata keçirir. Bu istiqamətdə noyabrdan dekabrın yarısına kimi ölkədə quş ovuna qoyulan qadağa köçən vəhşi quşların qanlarının analizi ilə əlaqədar uzadılıb.

Xəbər lenti

Xəbər lenti